16 C
Baku
17 Aprel 2026, 15:02
Baş xəbərDünya

Bu səhər Qəzzada 60 nəfəri öldürüldü

İsrail ordusunun səhər saatlarından Qəzza zolağına etdiyi hücumlarda 60-dan çox fələstinli həyatını itirib.

Qəzzaya qarşı blokadanı gücləndirərək və humanitar yardımların ölkəyə girişini əngəlləyərək humanitar fəlakətə səbəb olan İsrail, məcburi köçkün fələstinliləri və yardım gözləyən mülki insanları hədəf alıb.

Səhiyyə sektorundakı mənbələrdən əldə edilən məlumata görə, İsrail ordusunun qida tapmaq ümidi ilə Qəzza zolağının mərkəzi və cənub bölgələrində humanitar yardım paylama məntəqələrinə gedən mülki vətəndaşları hədəf alması nəticəsində 29 fələstinli həyatını itirib.

İsrailin səhər saatlarından Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda ən azı 60 fələstinli həyatını itirib.

Fələstinin WAFA xəbər agentliyi də İsrail ordusunun Qəzza şəhərində və Xan Yunisdə köçkün fələstinlilərin sığındığı məktəb və çadırları hədəf aldığını bildirib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu