DünyaSosial

Hortumdan istifadə qadağandır! Buna əməl etməyənləri minlərlə lirə cərimə gözləyir

Kifayət qədər yağıntının olmaması və suya tələbatın artması səbəbindən Böyük Britaniyada nəzərəçarpacaq qadağa tətbiq edilib. Ölkənin ən böyük su və kanalizasiya şirkəti bəzi ərazilərdə şlanqlardan istifadəni qadağan edib. Böyük Britaniyada artan temperaturlar görülən tədbirlərə əlavə edilib.

Su ehtiyatlarını təhdid edən isti hava və uzun sürən quraqlıq səbəbindən ölkənin bəzi bölgələrində şlanqlardan istifadə qadağan edilib.

Ölkənin ən böyük su və kanalizasiya şirkəti olan Thames Water, təxminən 1,1 milyon insanı əhatə edən və buna əməl etməyənlər üçün inzibati cərimələrlə nəticələnəcək bu qadağanı açıqlayıb.

İyulun 22-də qüvvəyə minəcək şlanq qadağası Svindon, Qlosterşir, Oksfordşir, Berkşir və Uiltşirə şamil ediləcək.

Qərarla bağçaların suvarılması, avtomobillərin yuyulması, uşaq hovuzlarının doldurulması kimi şlanq boruları ilə bağlı fəaliyyətlər artıq qadağan edilib.

Səlahiyyətlilər həmçinin qadağanın pozulmasının 1000 funt sterlinqə qədər cərimə ilə nəticələnə biləcəyini açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ İran üzərində tezliklə qələbə qazanacaq

Aynur Camal

Mərakeşdə seçkiyə günlər qalmış hakim koalisiya daxilində qarşıdurma artır

Aynur Camal

Panama kanalı su çatışmazlığı səbəbindən gəmilərin keçidini məhdudlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu