Baş xəbərMədəniyyət

“Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları”

Bugun.tv– xəbər verir ki,  Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında paylaşımında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı fotomüsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə iştirak etdiyini bildirib.

O qeyd edib ki, Böyük Qayıdış və Qarabağ həqiqətlərinin sənət dili ilə ifadəsi məqsədilə təşkil olunan bu müsabiqə iştirakçıların peşəkarlığını və vətənpərvərliyini əks etdirir.

“Münsiflər heyəti tərəfindən 40-dan çox iştirakçının təqdim etdiyi fotolar arasından texniki və mövzu uyğunluğuna görə 44 foto seçildi. Onlardan 3-ü qalib elan edildi, 20 nəfər həvəsləndirici mükafat, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olundu.

Bütün iştirakçıları təbrik edir, bu müsabiqədə Qarabağ həqiqətlərinin işıqlandırılmasına töhfə verdikləri üçün təşəkkürümü bildirirəm.

Fotoqrafiya bir sənət olmaqla yanaşı, həm də tarix yazan güclü bir vasitədir. Gənclərimizin bu istiqamətdəki fəallığı bizi sevindirir və qürurlandırır.

Bu layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edir, gələcəkdə də bu cür təşəbbüslərin davamlı olmasını arzulayıram” deyə deputat vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Payız geyimlərində parlaq rənglər və iri biçimlər önə çıxır

Aynur Camal

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu