23 C
Baku
17 Sentyabr 2026, 23:48
DünyaSiyasət

Livan bombalandı

Livanı bombaladılar. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail Livanın müxtəlif bölgələrinə hava hücumları həyata keçirib.

İşğal ordusu Livanın şərqindəki Bekaa bölgəsindəki Baalbek şəhərinin bir neçə bölgəsinə 7 hava zərbəsi endirib.

Döyüş təyyarələri Bekaa bölgəsindəki Birital təpələrini, Ayşiyyə, Nasiriyə, Əl-Hüreybə və Zahle qəsəbələrini, Şəra bölgəsini, əl-Carmak ətrafını, ölkənin cənubundakı əl-Mahmudiyya və əl-Hərdali bölgələrini bombalayıb.

Hücumlar nəticəsində tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

İsrail ilə Livan arasında 2024-cü il noyabrın 27-də qüvvəyə minmiş atəşkəsə baxmayaraq, Livanın cənubuna havadan və qurudan hücumlarını davam etdirir.

Atəşkəs qüvvəyə mindiyi vaxtdan bəri işğalçılar 3000-ə yaxın pozuntuya yol verib, nəticədə ən azı 213 nəfər ölüb, 508 nəfər yaralanıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Atmosferdə su buxarının səviyyəsi rekord həddə çatdı

Aynur Camal

Lavrov: Qərb Rusiyaya qarşı müharibəyə hazırlaşır

Aynur Camal

Alimlər ağcaqanad problemini başqa üsulla həll etməyə çalışırlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu