Baş xəbərMaraqlı faktlar

Elm adamlarına görə, bu gün ən qısa günlərdən biri ola bilər

Bugun.tv xəbər verir ki, alimlər 5 avqustun günəşlə ölçülmüş 86 min 400 saniyəyə sahib bir gündən 1,25 millisekund daha qısa olacağını hesablayıblar.Alimlər bu saniyə fərqinin səbəbini hələ üzə çıxara bilməsələr də, bu gün, yəni 5 avqust çərşənbə axşamı günü, həm 2025-ci ildə, həm də 1973-dən bəri qeydə alınmış ən qısa günlərdən biri olması proqnozlaşdırılır.

Space.com-un məlumatına görə, bu il 1,23 millisekund ilə 9 iyul, 1,36 millisekund ilə də 22 iyul orta müddətdən daha qısa olaraq qeydə alınmışdı.Hərçənd ki, bu gün baş verən fərq hiss ediləcək səviyyədə olmasa da, Yer kürəsinin dönüş sürətinin artmasının davam etməsi halında bu müddətin 2029 və sonrasında 1 saniyə və ya daha artıq ola biləcəyi bildirilir.İndiyə qədərki ən qısa gün rekordu isə adi bir gündən 1,66 millisekund daha qısa olan 5 iyul 2024 cümə günü qeydə alınıb.

Bugün TV

Oxşar xəbərlər

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Aynur Camal

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu