4 C
Baku
15 Yanvar 2026, 0:20
Baş xəbərHadisə

Fransada min hektarlarla ərazini yanğın bürüdü, ölən və xəsarət alanlar var

Fransanın cənubundakı Od departamentinin ərazisində baş verən meşə yanğını fəsadlar törədib.

Bugun.tv xəbər verir ki, Korbyer massivində başlayan yanğın 11 min hektardan çox ərazini əhatə edib. Yanğın zamanı azı 9 nəfər xəsarət alıb, 1 qadın həyatını itirib, 1 nəfər isə itkin düşmüş hesab olunur. Ərazidə bir neçə ev yanıb. Yanğının baş verdiyi bölgəyə elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər ərazidən təxliyə olunublar.

Bildirildiyinə görə, 1 500 yanğınsöndürən yanğınla mübarizə aparır. Lakin güclü külək səbəbindən yanğını nəzarət altına almaq çətinləşib. Yanğın Fransa ilə İspaniyanı birləşdirən “A9” avtomagistralına çatıb və bu səbəbdən yol hər iki istiqamətdə bağlanıb.

Qeyd edək ki, iyul ayında Od departamentində 2 min hektar sahədə yanğın qeydə alınıb.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: Davos ərəfəsində dünya daha riskli mərhələyə daxil olur

Aynur Camal

Xəzər Universitetinin rəhbərliyi Ankarada işgüzar səfərdə olub FOTO

Aynur Camal

8 Martda möhtəşəm duet: Orhan Ölmez və Səbuhi Zaman ilk dəfə eyni səhnədə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu