Baş xəbərDünya

Fransa-Əlcəzair böhranı: Vizalar və daşınmaz əmlaklarla bağlı iki qərar qəbul edildi

Əlcəzair və Paris arasında münasibətlər yeni gərginlik mərhələsinə qədəm qoyub. Bir neçə ay davam edən diplomatik gərginlikdən sonra, Fransa prezidenti Emmanuel Makronun Baş nazir Fransua Bayruya ünvanladığı məktubda açıqlanan tədbirlər münasibətləri daha da çətinləşdirib.

Bugun.tv xəbər verir ki, gözlənildiyi kimi, Əlcəzair hökuməti bu tədbirlərə cavab olaraq iki əsas qərar açıqlayıb. Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda Fransa prezidentinin məktubuna cavab verərək, vizalarla bağlı tədbirləri pisləyib və bildirib: “Əlcəzair təzyiqlərə, təhdidlərə və şantaja boyun əymir”.

Bundan başqa, Fransanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, orada İmmunitetlər və İmtiyazlar üzrə direktor tərəfindən qəbul edilib.

Əlcəzair 2013-cü ildə Fransa ilə imzalanmış diplomatik və xidməti pasport sahibləri üçün qarşılıqlı vizasız rejim haqqında razılaşmanı rəsmi olaraq ləğv etdiyini elan edib. Bu, Fransanın razılaşmanın tamamilə qüvvədən düşməsi deməkdir.

Bundan sonra Fransa vətəndaşları diplomatik və xidməti pasportlarla Əlcəzairə səfər etmək üçün viza almağa məcbur olacaqlar. Qeyd olunub ki, bu vizaların verilməsi Fransa hökumətinin Əlcəzair vətəndaşları üçün müəyyən edəcəyi şərtlərlə uyğunlaşdırıla bilər.

İkinci notada Fransanın Əlcəzairdəki səfirliyinə müvəqqəti və pulsuz istifadəyə verilmiş dövlətə məxsus daşınmaz əmlakların artıq bu qaydada təqdim olunmayacağı bildirilib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu