Bugun.tv “Guardian”a istinadla xəbər verir ki, ekspertlərin fikrincə, hökumət bəzi sahələrdə irəliləyiş əvəzinə geri addım atmağı seçir. Halbuki Leyboristlər Partiyası seçki öncəsi proqramında ekoloji standartların zəiflədilməyəcəyinə dair vəd vermişdi. “The Guardian” və Avropa Ətraf Mühit Siyasəti İnstitutunun (IEEP) təhlilinə əsasən, Böyük Britaniya nadir heyvanların, o cümlədən qırmızı dələ kimi növlərin qorunması, hava və suyun təmizlənməsi, məhsullardan təhlükəli kimyəvi maddələrin çıxarılması, istehlak mallarının daha çox təkrar emal edilə bilən və enerji səmərəli olması kimi sahələrdə Avropa İttifaqından geri qalır.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
