Baş xəbərDünya

İngiltərədə yeni dinozavr növü aşkar edildi

Bugun.tv “Guardian”a istinadla xəbər verir ki, tədqiqatçılar bunu cütləşmə dövründə dişiləri cəlb etmək üçün istifadə olunduğunu hesab edir. Yeni tapıntı iguanodontiya tipinə aid dinozavrın qalıqları əsasında müəyyənləşdirilib. Fosillər təqaüddə olan həkim və hazırda Portsmut Universiteti ilə Təbiət Tarixi Muzeyində doktorantura təhsili alan Ceremi Lokvud tərəfindən araşdırılıb. Lokvud bu yeni növə “Istiorachis macaruthurae” adını verib. Adın birinci hissəsi “yelkən onurğası” mənasını daşıyır, ikinci hissəsi isə 2005-ci ildə dünya üzrə təkbaşına, fasiləsiz ən sürətli yelkənli səyahət rekordunu qırmış dənizçi Ellen Makarturun şərəfinə seçilib. Əvvəllər bu qalıqlar adada məlum olan iki dinozavr növündən birinə aid hesab edilirdi. Lakin Lokvudun 125 milyon il əvvələ aid nümunələri digər dinozavr onurğa sümükləri ilə müqayisə etməsi nəticəsində onların fərqli və unikal olduğu üzə çıxıb.

Bugün TV

Oxşar xəbərlər

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Tramp ABŞ-ın dizel ixracını qadağan edə biləcəyini açıqladı

Aynur Camal

Fransada lisey şagirdlərinin etirazlarında 202 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu