23 C
Baku
30 Sentyabr 2026, 20:03
Baş xəbərDünya

BMT Baş katibi Afrika xalqları üçün ədalət və bərabərliyə çağırdı

Bugun.tv təşkilatın məlumatına istinadla xəbər verir ki, Baş katibin müraciətində Afrika mənşəli insanların cəmiyyətin fəaliyyətinin bütün sahələrində “fövqəladə” töhfələri vurğulanıb. O, həmçinin sistematik irqçilik, qeyri-bərabər iqtisadiyyatlar və cəmiyyətlər, rəqəmsal uçurum (rəqəmsal texnologiyadan faydalana bilənlərlə çıxışı olmayanlar arasında) kimi mənfi tendensiyaları ehtiva edən köləlik və müstəmləkəçiliyin təsirinin hələ də qaldığını qeyd edib.

A.Quterreş 2024-cü ildə qəbul olunmuş Gələcək Paktının bir hissəsi kimi təsbit və bu günün reallıqlarını əks etdirən, hamı üçün hər yerdə çoxtərəfli sistemi təşviq edən Qlobal Rəqəmsal Sazişi irəliyə doğru bir addım kimi qiymətləndirib, rəqəmsal texnologiyalarda ayrı-seçkilik və nifrət ritorikası ilə mübarizə üzrə öhdəlikləri diqqətə çatdırıb. Baş katib əlavə edib: “Ağların üstünlüyü və insanlığı pozan rəvayətlər sosial media tərəfindən gücləndirilir və çox vaxt irqi qərəzlilik alqoritmlərdə kodlanır”.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Ermənistan və Gürcüstandan Alban irsi ilə bağlı iddialar bir mərkəzdən idarə olunur

Aynur Camal

Yatmaq üçün ən pis vaxt açıqlanıb

Aynur Camal

Alimlər Günəş və Ayın zəlzələlərə necə təsir etdiyini müəyyənləşdiriblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu