17 C
Baku
18 Aprel 2026, 15:52
DünyaHadisə

8 yeni Qərbi Nil virusuna yoluxma halı aşkar edildi

Yunanıstanda son bir həftədə 8 yeni Qərbi Nil virusuna yoluxma halı aşkar edilib. İki nəfər dünyasını dəyişib.

Yunanıstanın Milli Xalq Sağlamlığı Agentliyindən verilən açıqlamada, yanvarın 1-dən sentyabrın 17-dək ölkədə ümumilikdə 83 Qərbi Nil virusuna yoluxma faktının qeydə alındığı bildirilib.

Açıqlamada qeyd olunub ki, son bir həftədə səkkiz yeni yoluxma halı aşkarlanıb, iki nəfər ölüb. Bəyanatda yeni halların ortaya çıxmasının gözlənildiyi qeyd edilib və ağcaqanadlara qarşı fərdi qoruyucu tədbirlərin görülməsinə çağırılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu