Dünya

Tramp Antifa-nı terror təşkilatı elan etdi

ABŞ prezidenti Donald Tramp “xəstə və təhlükəli” adlandırdığı solçu “Antifa” qruplaşmasını “terror təşkilatı” elan etdiyini açıqlayıb.

Tramp məsələ ilə bağlı ABŞ-da yerləşən Truth Social hesabında paylaşım edib.

Tramp xəstə, təhlükəli və radikal solçu bəla olan Antifa-nı böyük terror təşkilatı kimi təyin etdiyini bildirməkdən məmnun olduğunu və Antifa-nı maliyyələşdirənlərin hərtərəfli araşdırılmasını şiddətlə tövsiyə edəcəyini bildirib.

Trump, Respublikaçı fəal Çarli Kirkin öldürülməsinə cavab olaraq Antifa kimi radikal sol qrupları “yerli terror qruplaşması” kimi təyin etməyi “100%” nəzərdən keçirəcəyini söyləyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu