DünyaMaraqlı faktlar

3000 illik firon qolbaqı havada yox oldu!

Misirdən 3000 illik fironun bilərziyi yoxa çıxıb.

Misirin paytaxtı Qahirədəki Misir Muzeyindən Amenemope dövründən qalma 3000 illik qızıl bilərzik yoxa çıxıb. Qolbağın gələn ayın sonunda İtaliyanın paytaxtı Romada “Fironların xəzinələri” sərgisində nümayiş olunması nəzərdə tutulurdu.

Misirdə inventar yoxlanışı zamanı 3000 illik qızıl bilərziyin itdiyi aşkarlanıb.

Misir Qədim Əsərlər Nazirliyi 3000 illik qızıl bilərziyin Qahirədəki Misir Muzeyinin bərpa laboratoriyasından yoxa çıxdığını bildirsə də, onun sonuncu dəfə nə vaxt göründüyü barədə məlumat verməyib.

Misir mətbuatı qızıl bilərziyin Misirin 21-ci sülaləsinin fironu Amenemopenin hakimiyyəti dövrünə (e.ə. 1070-945) aid olduğunu yazıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Argentina Folklend adaları ilə bağlı sanksiyaları sərtləşdirir

Aynur Camal

Atmosferdə su buxarının səviyyəsi rekord həddə çatdı

Aynur Camal

Lavrov: Qərb Rusiyaya qarşı müharibəyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu