10 C
Baku
13 Aprel 2026, 2:02
Dünya

Tarixi festival rekordla başladı

Dünyanın ən böyük festivallarından biri olan ənənəvi Oktoberfest 190-cı dəfə Münhendə qapılarını ziyarətçilərin üzünə açıb.

Bu ilki Oktoberfest bölgənin ən isti günü kimi qeydə alınıb və temperatur 30,7 dərəcə Selsiyə çatıb.

1810-cu ildən Bavariyanın paytaxtı Münhendə Theresienwiese (Theresien Meadow) kimi tanınan geniş yaşıllıq sahəsində keçirilən festivalı hər il olduğu kimi Münhen meri Dieter Reiter açıb. Alman Meteorologiya İnstitutunun məlumatına görə, Oktoberfest 71 ilin ən isti başlanğıcını yaşayıb. Həddindən artıq istilər ziyarətçilərin sağlamlığına da təsir edib. Rekorda səbəb təkcə istilik deyildi: Oktoberfestin ilk günündə xilasetmə qruplarının sayı da bütün zamanların ən yüksək həddə idi. Axşam saatlarında təcili tibbi yardıma təxminən 500 dəfə müraciət edilib. Qeyd edək ki, oktyabrın 5-i saat 23:30-a qədər davam edəcək festivalda ilk gündə ciddi təhlükəsizlik tədbirləri görülüb.

HƏDƏF: 7 MİLYON TURİST

Festivalın ilk günündə Almaniyanın müxtəlif yerlərindən və digər ölkələrdən gələn turistlərlə birlikdə yüz minlərlə Münhen sakini Oktoberfest kimi tanınan Oktyabr Festivalına axın edib. Keçən ilki festivalı 6,8 milyon insan ziyarət edib və builki 16 gün davam edəcək festivalda 7 milyondan çox ziyarətçinin iştirakı gözlənilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu