Dünya

Yer silkələnir: 6,5 ​​bal gücündə zəlzələ baş verdi

İndoneziyanın şərqindəki Papua əyalətində dağıdıcı zəlzələ baş verib. Zəlzələnin 6,5 bal gücündə olduğu bildirilir.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yerli vaxtla saat 14:48-də Abepura bölgəsindən təxminən 200 kilometr qərbdə 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ 70,1 kilometr dərinlikdə baş verib.

Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə hələlik heç bir açıqlama verilməyib.

ABŞ-da yerləşən Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi zəlzələdən sonra sunami xəbərdarlığının verilmədiyini bildirib.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

Moda hədəfləri: Dünya Kubokunun stil turniri artıq başlayıb

Aynur Camal

Zelenski Putinə birbaşa danışıqlar təklif etdi

Aynur Camal

BMT xəbərdarlıq etdi: Asiyada güclü El-Nino təhlükəsi yaxınlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu