Image default
Siyasət

Şuşa – Türk və İslam dünyasının mədəniyyət paytaxtı – Tənzilə Rüstəmxanlı yazır

“Vətən müharibəsinin gedişi zamanı Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”.

Bu sözlər Azərbaycanın hərbi strategiyasının əsas hədəfini və dövlət başçısının qətiyyətli mövqeyini nümayiş etdirirdi.

44 gün davam edən Vətən müharibəsində ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonları azad etdikdən sonra əməliyyatların strateji zirvəsi – Şuşa əməliyyatı başladı. 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan tarixində yeni bir səhifə açdı.

İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayılıb. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımızı üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu”.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı

Aynur Camal

Oxşar xəbərlər

NYT: İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

Aynur Camal

Tramp Qırmızı dənizdə husi hücumlarına görə İranı cəzalandıracağına söz verdi, neft 100 dolları keçdi

Aynur Camal

ABŞ Çinlə danışıqlarda süni intellekt texnologiyalarının oğurlanması məsələsini gündəmə gətirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu