Baş xəbərSiyasət

Bakıda hərbi parad keçirildi – VİDEO

Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

İlk öncə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müdafiə naziri general–polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı paradda çıxış etdi.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışı oldu.

Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı.

Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general–polkovnik Kərim Vəliyev komandanlıq edir.

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirildi.

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub.

Kalona Vətən uğrunda medalı ilə təltif olunmuş general-mayor Eldəniz Yəhyayev başçılıq edib.

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda hərbi aviasiyanın nümunəvi uçuşları keçirilib.

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad başa çatıb.

Mənbə: Globalİnfo

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu