Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış Konstitusiyası çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanır. Mövcud konstitutsiyamız milli və ümumbəşəri dəyərləri də özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verib.
Konstitusiyamızda ali hakimiyyətin xalqa məxsus olduğu qəti şəkildə bəyan edilir ki, bu da ölkəmizin demokratik inkişaf xəttinə üstünlük verməsinin ən bariz göstəricisidir.
Konstitusiyada Azərbaycanın ümummilli mənafeləri ilə bağlı bütün məsələlərin yalnız xalqın iradəsi əsasında həll olunmasının mümkünlüyünü təsbit edilmişdir. Yəni bu Ali Qanun, Ana Yasa ölkə vətəndaşlarına əmək, istirahət, tətil, sosial təminat, təhlükəsiz yaşamaq, əmlak toxunulmazlığı, təhsil, fikir, söz və vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı verir… insanlara cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək imkanı yaradır.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Konstitusiya Günü
