Baş xəbər

Göbələk yığmağa gedib və meşədə azdı

Bursanın Yenişehir rayonunda meşədə göbələk yığmağa getdikdən sonra itkin düşən kişinin axtarış əməliyyatı başlayıb.

Bilecik sərhədindəki Hasandare və Koyunköy məhəllələrindəki meşəlik əraziyə traktoru ilə göbələk yığmağa gedən İsmayıl Qayanın qohumları, ondan xəbər ala bilmədikdən sonra hadisəni 112 Təcili Yardım Mərkəzinə bildiriblər.

Məlumatdan sonra əraziyə jandarma, AFAD, dövlət qurumları və QHT-lərdən axtarış-xilasetmə qrupları göndərilib. İki jandarma iti də daxil olmaqla 96 nəfərlik qrup axtarışı davam etdirir.

Qruplar Bilecik yaxınlığında Qayanın izlərini axtarır.

Mənbə: Trthaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu