4 C
Baku
15 Yanvar 2026, 7:28
Dünya

Dünyaca məşhur rəssamın əsəri müasir incəsənət rekordu qırdı

Avstraliyalı rəssam Qustav Klimtin Elizabet Ledererin portreti Nyu-Yorkda Sotheby’s tərəfindən keçirilən hərracda 236,4 milyon dollara satılaraq müasir incəsənət kateqoriyasında ən bahalı əsər olub.

Avstriyalı rəssam Qustav Klimtin Elizabet Ledererin portreti Nyu-Yorkdakı Sotheby’s hərrac evində hərraca çıxarılıb. 1914-1916-cı illər arasında yaradılan təxminən 1,8 metr hündürlüyündə olan rəsm əsəri 20 dəqiqəlik hərracda 236,4 milyon dollara satılıb.

Bu əsər “müasir incəsənət” kateqoriyasındakı ən bahalı əsər və hərracda indiyə qədər satılan ikinci ən bahalı sənət əsəri olub. Alıcının adı açıqlanmayıb.

“Hərracda indiyə qədər satılan ən bahalı sənət əsəri” Leonardo da Vinçinin 2017-ci ildə 450,3 milyon dollara satılan “Salvator Mundi” əsəri olub. “Müasir incəsənət kateqoriyasındakı ən bahalı əsər” isə Endi Uorholun 2022-ci ildə 195 milyon dollara satılan Merilin Monronun portreti olub.

Əsərdə Avstriya incəsənət kolleksiyaçıları Avqust və Vyananın ən varlı ailələrindən biri olan Serena Ledererin qızı Elizabet Lederer təsvir olunub. Rəngarəng rəsm əsəri 1938-ci ildə Nasist Almaniyasının Avstriyanı ilhaq etməsindən əvvəl Lederer ailəsinin dəbdəbəli həyatını təsvir edir. Nasistlər tərəfindən talan edilən və İkinci Dünya Müharibəsi zamanı yanğında az qala məhv olan portret 1948-ci ildə Ledererin qardaşı Erix Ledererə qaytarılıb. Əsər 1983-cü ilə qədər Erix Ledererin əlində qalıb və 1985-ci ildə Estee Lauderin varisi Leonard A. Lauderin şəxsi incəsənət kolleksiyasının bir hissəsinə çevrilib. Əsər Lauderin bu il 92 yaşında vəfat etməsindən sonra satışa çıxarılıb.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu