10 C
Baku
13 Aprel 2026, 2:06
Dünya

Yaponiyanın Oita şəhərində cəhənnəm yaşandı!

Yaponiyanın Oita prefekturasının Saqanoseki şəhərində baş verən böyük yanğın 49 akr ərazini məhv etdi. Bir evdə başlayan yanğın sürətlə yayılaraq 170-dən çox binaya ziyan vurdu və bir nəfərin ölümünə səbəb oldu.

Yanğın dünən axşam saatlarında Saqanoseki şəhərindəki bir evdə başlayıb. Güclü külək alovun sürətlə yayılmasına səbəb olub. Uzun müddətdir itkin düşmüş bir nəfər evində ölü tapılıb. Gecə boyu davam edən yanğına çoxsaylı yanğınsöndürənlər cəlb edilib.

Hakimiyyət orqanları 110 evdə yaşayan 170 nəfərin təhlükəsiz ərazilərə təxliyə edildiyini açıqlayıb. Yanğının səbəbləri ilə bağlı araşdırma başlanıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu