Image default
Dünya

Cənubi Afrikadakı G20 sammiti ABŞ-sız davam edir

Bu həftə Cənubi Afrikada keçirilən G20 sammiti ABŞ-ın və Donald Trump-ın boykotu ilə diqqət çəkir. Trump “ağ fermerlər üzərində insan haqları pozuntuları” iddiası ilə sammiti tənqid edərək iştirak etməyəcəyi və heç bir amerikalı rəsminin gəlməyəcəyini açıqlayıb.

Cənubi Afrika liderləri isə bunun sammitin uğurunu sual altına almamalı olduğunu bildirir. Xarici işlər naziri Ronald Lamola deyib ki, ABŞ-ın olmaması G20-nin qərar qəbul etməsinə mane olmamalıdır — o, “dünya Vaşinqton olmadan da irəliləyə bilər” mesajı verir.

Sammitin əsas mövzuları arasında iqlim dayanıqlığı, az gəlirli ölkələr üçün borc məsələləri və bərabərsizlik problemidir.

Mənbə: Business.com

Aynur Camal

Oxşar xəbərlər

700 illik kilsədə qızıl sikkələr tapıldı: Anonim məktub hər kəsi kövrəltdi

Aynur Camal

Bəhreyndə yenidən hava həyəcanı elan edildi

Aynur Camal

Marsda həyat izləri 50 il əvvəl gözdən qaçırılmış ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu