Image default
Dünya

İsrail su resurslarının idarə olunması sahəsində innovativ layihəyə start verib

“İsrail dünyada ilk innovativ layihəyə start verib.

Belə ki, Layihə çərçivəsində Aralıq dənizinin duzsuzlaşdırılmış su Kineret gölünə ötürüləcək. Bu, duzsuzlaşdırılmış dəniz suyunun təbii şirin su gölünü doldurmaq üçün istifadə olunmasına dair dünyada ilk nümunədir”.

Bugun.tv-xəbər verir ki, bu barədə jurnalist, siyasi ekspert Aqil Məmmədov sosial media hesabında məlumat verib.

Ekspertin sözlərinə görə, Layihənin məqsədi uzunmüddətli quraqlıqdan əziyyət çəkmiş gölün su səviyyəsini artırmaqdır. Mühəndislərin qiymətləndirməsinə görə, layihə sayəsində gölün su səviyyəsi ayda bir neçə santimetr arta bilər.

“İsrail iqlim dəyişikliyi səbəbindən yaranmış su çatışmazlığı şəraitində Kineret gölünü strateji milli su hövzəsi kimi qorumağa çalışır.

Yeni dönəmdə su və su resurlarına malik ölkələr daha dayanıqlı olacaqlar. Əgər bu günə qədər enerji resurslarına görə müharibələr baş verirdisə gələcəkdə toqquşmalar su resursları uğrunda olacaq” – deyə siyasi ekspert Aqil Məmmədov bildirib.

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə təhlükəsizlik səbəbindən İrandakı diplomatik heyətini geri çağırdı

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu