10 C
Baku
15 Mart 2026, 21:09
Dünya

“Döyüşüb ərazi itirmək, sülh naminə ərazi güzəştindən üstündür”

“Qərb Ukraynanı ərazi güzəştinə məcbur edib, buna nail olsalar güc yolu ile sərhədlərin dəyişməsi presedenti yaranacaq. Bununla da ikinci dünya müharibəsindən sonra yaranmış siyasi nizam iflasa uğrayacaq. Rusiya taktiki üstünlük əldə edib, növbəti işğal siyasətinə başlayacaq. Həmçinin digər regionlarda ərazi münaqişələri də ola bilər”.

Bu şərhi siyasi ekspert Məhəmməd Əsədullazdə sosial media hesabında paylaşalımında deyib.

Ekspertin sözlərinə görə, ABŞ Ukraynanı ərazi güzəştinə məcbur etməsi və bəzi Avropa ölkələri bu planı dəstəkləməsi Qərbin rüsvayçı şəkildə Rusiya qarşısında məğlubiyyəti olacaq. Döyüşüb ərazi itirə bilərsən, onunla barışmayıb bir müddətdən sonra, yenidən ərazilərini döyüşüb, qaytara bilərsən, amma sülh üçün ərazi güzəştinə getmək məğlubiyyət və rüsvayçılıqdı.

Rusiya kimi aqressor və bir imperialist ölkəyə ərazi güzəşti sülh gətirməyəcək, yeni faciələrə və işğallara zəmin yaradacaq.

D. Tramp V. Putinin Sibirin yeraltı sərvətlərini birgə işlədilməsini təklif edib. D. Tramp bunun müqabilində bu rüsvayçı güzəştə razıdır.

Aynur Camal

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu