7 C
Baku
28 Yanvar 2026, 16:47
Baş xəbər

Ulu öndərin irsi əbədidir

Bugun.tv xəbər verir ki, “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır” – deyən Ulu Öndər Heydər Əliyevin anım günüdür .

Hər zaman olduğu kimi, bu gün ölkədə dərin hörmət və ehtiramla yad olunur.

Dövlətimizin qurucusu kimi tanınan Heydər Əliyevin həyat yolu, milli ideologiyaya verdiyi töhfələr və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində gördüyü işlər bu gün də ölkənin inkişafının əsas ideya dayağı kimi qiymətləndirilir.

Heydər Əliyevin siyasi irsi Azərbaycanın bünövrəsini möhkəmləndirən, onu bölgənin lider dövlətinə çevirən ideoloji xətt kimi daim yaşamaqdadır.

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” çağırışı bu gün də milli həmrəyliyin, vətənpərvərliyin rəmzi kimi səslənir. Ulu Öndərin qurduğu müasir dövlət idarəçiliyi modeli, iqtisadi islahatları və ordu quruculuğu sahəsindəki xidmətləri hər zaman xüsusi olaraq qeyd edilir.

Son illərin uğurları Heydər Əliyevin əsasını qoyduğu xəttin davamı kimi qiymətləndirilir.

“Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən Ulu Öndərin arzularını bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət reallaşdırır. Dövlət başçısının qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, regional gücümüzün möhkəmlənməsi və Azərbaycanın suverenliyinin tam bərpası Heydər Əliyev ideyalarının parlaq təcəssümü kimi tarixə düşüb. Və onun müəyyənləşdirdiyi yol bu gün də Azərbaycanın sabahına yön verən ən etibarlı strateji irs olaraq yaşayır.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın hərbi gəmi qrupu Orta Şərqə daxil oldu

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu