Dünya

Rusiya Tayvan məsələsində Çinlə həmrəy olduğunu və Yaponiya ilə əlaqəli narahatlıqlarını vurğulayır

Rusiya Xarici İşlər naziri Sergey Lavrov TASS agentliyinə verdiyi müsahibədə bir daha bəyan etdi ki, Moskva Tayvanın hər hansı formada müstəqillik iddialarını dəstəkləmir və adanı Çinin ayrılmaz hissəsi kimi qiymətləndirir. Lavrov qeyd edib ki, bu mövqe Rusiya–Çin münasibətlərinin əsas siyasi xəttidir və Pekinin suverenlik hüquqlarını müdafiə etdiklərini təkrar vurğulayıb.

Lavrov həmçinin Tayvan boğazında gərginliyin artması halında Rusiyanın Çin tərəfini tutacağını bildirib və bu baxımdan iki ölkə arasında 2001-ci ildə imzalanmış “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin əsas rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu sənəd dövlət birliyinin və ərazi bütövlüyünün qorunmasında qarşılıqlı dəstəyi nəzərdə tutur.

Bundan başqa, Lavrov regiondakı təhlükəsizliklə bağlı Yaponiya ilə əlaqəli narahatlıqlarını da ifadə edib və ABŞ-Yaponiya münasibətlərinə toxunaraq, bu ölkələrin hərbi sahədə aparılan siyasətlərinin Rusiya üçün ciddi narahatlıq yaratdığını bildirib. Bu mesajlar, Asiya-Sakit okean regionunda artan geosiyasi gərginlik fonunda verilmişdir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu