4 C
Baku
15 Yanvar 2026, 0:00
Dünya

Mavi üzgəcli orkinos 3,2 milyon dollara satıldı

Yaponiyanın paytaxtı Tokioda yerləşən Toyosu balıq bazarında 2026-cı ilin ilk açıq artırması zamanı 243 kiloqramlıq mavi üzgəcli orkinos 510 milyon yenə (təxminən 3,2 milyon dollar) satılaraq tarixi rekord müəyyənləşdirib.

Bu satışla dünyanın ən bahalı balığı adı yenilənib.

Ən yüksək təklifi “Sushi Zanmai” restoranlar şəbəkəsinin sahibi, “Orkinos kralı” kimi tanınan Kiyoşi Kimura verib. Beləliklə, Kimura 2019-cu ildə ona məxsus olan 334 milyon yenlik (təxminən 2,1 milyon dollar) əvvəlki rekordu da geridə qoyub.

Açıq artırmadan sonra jurnalistlərə açıqlama verən Kimura qiymətin gözləniləndən daha sürətlə artdığını, lakin bu qədər keyfiyyətli balığı əldən vermək istəmədiyini bildirib.

Rekord qiymətə satılan orkinos Yaponiyanın şimalındakı Oma sahillərində ovlanıb. Bu bölgə ölkədə ən keyfiyyətli orkinosların əldə edildiyi ərazi kimi tanınır. Hesablamalara görə, balığın bir kiloqramının qiyməti təxminən 2,1 milyon yenə (13 min 360 dollar) bərabər olub.

Yapon mədəniyyətində yeni ilin ilk satışları uğur və bolluq rəmzi sayılır. Bu səbəbdən alıcılar tez-tez real dəyərdən xeyli yüksək məbləğlər təklif edərək həm uğur qazanacaqlarına inanır, həm də bunu marketinq fürsəti kimi dəyərləndirirlər.

Açıq artırmadan sonra nəhəng orkinos “Sushi Zanmai” restoranına aparılaraq emal edilib. Kiyoşi Kimura balığın mümkün qədər çox insan tərəfindən dadılması üçün restoranlarda adi menyu qiymətləri ilə təqdim olunacağını açıqlayıb.

Qeyd edək ki, mavi üzgəcli orkinos populyasiyası uzun illər ərzində həddindən artıq ovlanma və iqlim dəyişikliyi səbəbindən təhlükə altında olub. Lakin son dövrlərdə həyata keçirilən beynəlxalq mühafizə və dayanıqlı balıqçılıq tədbirləri nəticəsində Sakit okeandakı orkinos ehtiyatlarının tədricən bərpa olunduğu bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu