12 C
Baku
12 Aprel 2026, 15:12
Baş xəbərSosial

Vüqar Bayramov: Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modeli ölkə üzrə genişləndirilə bilər

İqtisadçı deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi idarəetmə ilə bağlı açıqlamalara münasibət bildirib.

Deputat öz sosial media hesabında qeyd edib ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəkdə ölkənin digər bölgələrində, eləcə də bütövlükdə Azərbaycanda tətbiq oluna biləcəyini vurğulayıb. Dövlət başçısı bu modelin daha çevik, operativ və az sayda məmurla idarəetməni mümkün etdiyini diqqətə çatdırıb.

Vüqar Bayramov bildirib ki, bu açıqlama yerli idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində islahatların davam etdiriləcəyini göstərir. Paytaxtla regionlar arasında iqtisadi fərqlərin azaldılması üçün idarəetmə mexanizmlərinin modernləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, regionlarda yaradılan infrastrukturun real iqtisadi dəyərə çevrilməsi struktur və institutsional islahatların sürətlənməsini zəruri edir. Yeni dövrün tələbləri bölgələrə investisiya cəlbediciliyinin artırılmasını və daha səmərəli idarəetmə modelinin tətbiqini aktuallaşdırır.

Vüqar Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə struktur və institutsional islahatların davam etdirilməsi Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun idarəetmə modelinin formalaşmasına xidmət edəcək.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu