7 C
Baku
23 Fevral 2026, 15:11
Baş xəbərSosial

Vüqar Bayramov: Sosial islahatlar sosial təminat sisteminin daha da güclənməsinə xidmət edir

Bugun.tv– xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi sosial islahatlarla bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, son illər ərzində həyata keçirilən sosial islahat paketləri geniş əhali qruplarını əhatə edərək ölkədə sosial təminat sisteminin gücləndirilməsinə mühüm töhfə verib. Bu islahatlar əhalinin sosial rifahının yüksəldilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib.

Vüqar Bayramov həmçinin sosial media hesabında paylaşımında qeyd edib ki, son sosial islahatlar əməkhaqları, pensiyalar və digər sosial ödənişlərdə artımlarla müşayiət olunub. Bu addımlar vətəndaşların gəlirlərinin qorunmasına və sosial müdafiənin gücləndirilməsinə xidmət edir.

Deputatın sözlərinə görə, əməkhaqqında müşahidə olunan artımlar pensiyaların indeksləşdirilməsi üçün də əsas yaradır. Bu isə bütün növ əmək pensiyalarının, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyaların artırılması deməkdir.

Paylaşımda bildirilib ki, pensiya artımları geriyə dönük şəkildə hesablanaraq vətəndaşlara ödənilir. Nəticədə, orta aylıq pensiya məbləğinin yüksəlməsi və sosial təminat səviyyəsinin daha da güclənməsi gözlənilir.

Vüqar Bayramov əlavə edib ki, dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin üstünlük təşkil etməsi sosial siyasətin prioritet olaraq qalacağını göstərir və bu istiqamətdə islahatlar qarşıdakı dövrdə də davam etdiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Oruc tutarkən bədəninizi necə qidalandırmaq olar

Aynur Camal

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu