Dünya

Nüvə qurumu rəsmisi Çində məxfi məlumatlar olan telefonunu itirdi

Yaponiyada nüvə təhlükəsizliyinə nəzarət edən qurumun bir rəsmisi Çinə səfəri zamanı məxfi məlumatlar saxlanan xidməti telefonunu itirib. Hələ də tapılmayan smartfonda Nüvə Tənzimləmə Qurumunun nüvə təhlükəsizliyi bölməsində çalışan əməkdaşların ad və əlaqə məlumatlarının olduğu bildirilib.

Hadisə ilə bağlı Yaponiya Şəxsi Məlumatların Qorunması Komissiyasına məlumat verən nüvə nəzarət qurumu, “məlumat sızması ehtimalının istisna edilə bilməyəcəyini” açıqlayıb.

Mənbələrin məlumatına görə, rəsmi şəxs noyabrın 3-də Şanxay hava limanında təhlükəsizlik yoxlaması zamanı əl yükündən əşyalarını çıxararkən telefonunu itirib.

Rəsmi telefonun itdiyini üç gün sonra aşkar etsə də, cihaz tapılmayıb. Telefon şəbəkə əhatəsindən kənarda olduğuna görə onu uzaqdan kilidləmək və ya içindəki məlumatları silmək mümkün olmayıb.

Nüvə Tənzimləmə Qurumu bildirib ki, xidməti telefonla təmin olunan əməkdaşlar fövqəladə hallarda əlçatan olmalı olduqlarından, xarici səfərlər də daxil olmaqla, telefonu hər zaman üzərlərində daşımaqla bağlı təlimatlandırılıblar.

Oxşar hadisələrin təkrarlanmaması üçün əlavə tədbirlərin görüləcəyi, həmçinin xarici səfərlər zamanı smartfon daşınmasına dair qaydaların yenidən nəzərdən keçiriləcəyi qeyd olunub.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu