4 C
Baku
14 Yanvar 2026, 22:50
Dünya

Kaja Kallas: Rusiyanın “Oreshnik” raketindən istifadəsi Qərbə xəbərdarlıqdır

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyanın Ukraynaya qarşı “Oreshnik” raketindən istifadə etməsini Avropa və ABŞ üçün açıq xəbərdarlıq adlandırıb.

Kallas sosial şəbəkə paylaşımında Rusiya Prezidenti Vladimir Putinin sülh istəmədiyini bildirərək qeyd edib ki, Moskvanın diplomatiyaya cavabı raket zərbələri və dağıntılardır. Onun sözlərinə görə, Rusiyanın təkrarlanan genişmiqyaslı hücumları bu ölümcül dövrü daha da dərinləşdirir və Ukraynaya dəstək artırılmayınca vəziyyət dəyişməyəcək.

Ali nümayəndə vurğulayıb ki, “Oreshnik” raketinin istifadəsi Ukraynaya qarşı eskalasiyanın göstəricisidir və Qərbə yönəlmiş mesajdır. O, Aİ ölkələrini hava hücumundan müdafiə ehtiyatlarını gücləndirməyə, təcili tədarüklər həyata keçirməyə və daha sərt sanksiyalarla müharibənin Moskva üçün dəyərini artırmağa çağırıb.

Zelenskinin açıqlaması

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hava hücumları nəticəsində 4 nəfərin həlak olduğunu, 20 binanın zədələndiyini və onlarla insanın yaralandığını bildirib. Onun sözlərinə görə, gecə ərzində Ukraynaya qarşı 242 PUA, 13 ballistik raket, 1 “Oreshnik” orta mənzilli ballistik raketi və 22 kruiz raketi istifadə edilib. Hücumlar enerji obyektlərini və mülki infrastrukturu hədəf alıb.

Zelenski əlavə edib ki, Rusiya PUA-ları Kiyevdə Qətər səfirliyinin binasına da zərər yetirib. O, beynəlxalq ictimaiyyəti, xüsusilə ABŞ-ı Rusiyanın hücumlarına qəti cavab verməyə çağıraraq bildirib ki, Moskva qətllərin və infrastrukturun dağıdılmasının nəticələrini hiss etməlidir.

Rusiyanın mövqeyi

Rusiya Müdafiə Nazirliyi “Oreshnik” raketinin Ukraynanın Prezident Vladimir Putinin Novqoroddakı rəsmi iqamətgahına pilotsuz uçuş aparatı ilə hücum etdiyi iddiasına cavab olaraq istifadə edildiyini açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri qurudan və dənizdən buraxılan uzunmənzilli, yüksək dəqiqlikli silahlar və PUA-larla Ukraynadakı mühüm hədəflərə qarşı genişmiqyaslı hücum həyata keçirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Dünyanın ən sağlam tərəvəzi hansıdır?

Aynur Camal

NASA-nın Mars Nümunə Qaytarma Missiyası Ləğv Edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu