4 C
Baku
15 Yanvar 2026, 0:22
Dünya

“Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın yaşıl inkişaf strategiyasında mühüm mərhələdir”

Milli Məclisin deputatı Ceyhun Məmmədov 8 yanvar 2026-cı il tarixində rəsmi açılışı keçirilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyasını Azərbaycanın enerji siyasəti baxımından mühüm hadisə kimi dəyərləndirib.

Bugun.tv– xəbər verir ki, bu barədə Millət vəkili öz sosial media hesabında paylaşıb.

Deputat bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində iştirakı və səsləndirdiyi fikirlər ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bərpaolunan enerji mənbələrinin inkişafına verilən strateji əhəmiyyəti bir daha nümayiş etdirir. Onun sözlərinə görə, dövlət başçısının çıxışı göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi deyil, eyni zamanda siyasi, ekoloji və geosiyasi məzmun daşıyır.

Ceyhun Məmmədov qeyd edib ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ölkənin enerji balansında bərpaolunan mənbələrin payının artırılmasına, ənənəvi enerji resurslarından asılılığın azaldılmasına mühüm töhfə verəcək.

Deputatın sözlərinə görə, təməli 2022-ci ildə qoyulan layihənin qısa müddətdə və yüksək keyfiyyətlə icra olunması Azərbaycanda mövcud olan əlverişli investisiya mühitinin, siyasi sabitliyin və peşəkar idarəetmənin göstəricisidir. O vurğulayıb ki, stansiyanın Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan “ACWA Power” tərəfindən inşa edilməsi Azərbaycanın beynəlxalq investisiya mühitinə olan yüksək etimadın bariz nümunəsidir.

Deputat əlavə edib ki, dünya miqyasında tanınan “ACWA Power” şirkətinin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini məhz bu stansiya ilə reallaşdırması və gələcəkdə daha iri layihələr planlaşdırması Prezident İlham Əliyevin yürütdüyü etibarlı tərəfdaşlıq siyasətinin nəticəsidir.

Ceyhun Məmmədov qeyd edib ki, yeni stansiyanın istifadəyə verilməsi təkcə enerji istehsalının artması deyil, eyni zamanda Azərbaycanın ekoloji cəhətdən məsuliyyətli və müasir çağırışlara uyğun inkişaf modelini seçdiyini göstərir. Onun sözlərinə görə, layihə ölkənin zəngin külək potensialından səmərəli istifadənin real nümunəsidir və enerji balansında təmiz, dayanıqlı mənbələrin payını artırır.

Deputat layihənin sosial əhəmiyyətinə də toxunaraq bildirib ki, stansiyanın fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına, istehsal və xidmət sahələrinin inkişafına, eləcə də yerli ixtisaslı kadr potensialının formalaşmasına töhfə verəcək.

Prezident İlham Əliyevin çıxışına istinad edən Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın külək və günəş enerjisi potensialı, xüsusilə Xəzər dənizi hövzəsi böyük imkanlara malikdir və gələcəkdə azad edilmiş ərazilər də daxil olmaqla müxtəlif bölgələrdə yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Deputat vurğulayıb ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası regionların sosial-iqtisadi inkişafına, innovativ texnologiyaların tətbiqinə və yeni imkanların yaranmasına şərait yaradır. Onun sözlərinə görə, bu layihə Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, yaşıl inkişaf kursunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

Ceyhun Məmmədov sonda qeyd edib ki, bu əməkdaşlıq birgə sərmayələrin genişlənməsinə və Azərbaycanın beynəlxalq enerji bazarında nüfuzunun daha da artmasına zəmin yaradır. Deputatın fikrincə, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xızı–Abşeron” layihəsi təkcə enerji layihəsi deyil, eyni zamanda iki dost ölkə arasında qarşılıqlı inam və strateji tərəfdaşlığın simvoludur.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu