Dünya

ABŞ vətəndaşlarına İrandan dərhal çıxmaq çağırışı etdi

İran AB diplomatiyası, IRGC terror siyahısı, İran etiraz, Avropa İttifaqı, beynəlxalq münasibətlər, AP News

ABŞ hökuməti İranda davam edən kütləvi etirazlar və artan təhlükəsizlik risklərini əsas gətirərək bu ölkədə olan vətəndaşlarına dərhal İranı tərk etmələri barədə xəbərdarlıq edib.

ABŞ-nin Tehran üzrə Virtual Səfirliyi tərəfindən yayılan təhlükəsizlik bildirişində vətəndaşlardan Vaşinqtonun köməyinə ehtiyac duymadan ölkədən çıxış planı hazırlamaları istənilib. Bildirişdə İranı tərk edə bilməyən şəxslərə evlərində və ya başqa təhlükəsiz binalarda sığınmaq tövsiyə olunub.

Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp İran məsələsində ilk növbədə diplomatiyaya üstünlük verir, lakin hərbi gücdən istifadə variantı da gündəmdə saxlanılır.

Qeyd edək ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında ticarətçilərin aksiyaları ilə başlayaraq qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Ölən və yaralananlarla bağlı rəsmi məlumat açıqlanmasa da, İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazların 16-cı gününə olan vəziyyətə əsasən 646 nəfər həlak olub, 10 min 721 nəfər isə saxlanılıb. Həlak olanlar arasında təhlükəsizlik əməkdaşları, bir prokuror və 18 yaşdan aşağı şəxslər də var.

Artan zorakılıq və polis müdaxilələrindən sonra yanvarın 9-da ölkə üzrə internetin kəsildiyi bildirilib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu