5 C
Baku
26 Yanvar 2026, 23:01
Baş xəbərİqtisadiyyat

Bu şəxslərə istirahət və bayram günlərində ikiqat maaş veriləcək

“Azərbaycan Prezidenti “Əmək Məcəlləsi”nə edilən dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklər əmək hüquqlarının daha etibarlı qorunmasına, işəgötürən–işçi münasibətlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsinə xidmət edir”.

Bugun.tv– xəbər verir ki,  bu barədə şərhi iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşıb.

Millət vəkili qeyd edib ki, dəyişikliklərə əsasən, istirahət günlərində, səsvermə günlərində, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə görülən işlərə görə əməkhaqqının hesablanması zamanı yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq. Bu, əməkhaqqının hesablanmasında mühüm yenilik hesab olunur.

Belə ki, əməyin vaxtamuzd ödəniş sistemində bu günlərdə görülən işlərə görə gündəlik və saatlıq tarifin iki mislindən az olmayaraq maaş ödəniləcək. İşəmuzd sistemdə çalışanlar üçün ikiqat işəmuzd qiymətləri tətbiq olunacaq. Aylıq maaş alan işçilərə isə iş vaxtı normasından asılı olaraq maaşa əlavə gündəlik və ya saatlıq vəzifə maaşı, normadan artıq olduqda isə ikiqat məbləğdə ödəniş veriləcək.

Əmək Məcəlləsində “saatlıq vəzifə maaşı” anlayışının yer alması xüsusilə diqqət çəkir. Bu dəyişiklik qismən işləyən və ya gün ərzində bir neçə saatlıq iş görən şəxslərin əmək hüquqlarının daha effektiv qorunmasına imkan yaradacaq.

Məsələn, əgər işçinin saatlıq tarif maaşı 30 manatdırsa və o, istirahət və ya bayram günündə 4 saat işləyibsə, əvvəlki qaydada 120 manat deyil, ən azı 240 manat əməkhaqqı alacaq. Bu yanaşma Azərbaycanda saatlıq iş rejiminin tətbiqi və maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Aynur Camal

Oxşar xəbərlər

İş adamı Sahil İmanov: “Azərbaycanda işsizlik deyil, işləmək problemi var”

Aynur Camal

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu