5 C
Baku
26 Yanvar 2026, 23:01
Baş xəbər

“Azərbaycan “Qəzza Sülh Şurası”na üzv ola bilər”

Siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında bildirib ki, ABŞ prezidenti Donald Tramp “Qəzza Sülh Şurası” adlı yeni beynəlxalq platforma formalaşdırmaq istiqamətində addımlar atır. Onun sözlərinə görə, Tramp bu şuraya bir sıra dövlətləri dəvət edir və üzv olan ölkələrin hər birinə bir milyard dollar vəsait ayrılması nəzərdə tutulur.

Ekspert qeyd edib ki, görünən odur, Donald Tramp bu təşəbbüslə həm özünü beynəlxalq miqyasda sülh təşəbbüskarı kimi təqdim edir, həm də ABŞ-ın qlobal mövqelərini gücləndirməyə çalışır. Bildirilib ki, Rusiya və Çin kimi böyük dövlətlər də “Qəzza Sülh Şurası”na dəvət alıblar.

Politoloqun sözlərinə görə, ABŞ prezidenti Ermənistanı da sözügedən şuraya dəvət edib və Ermənistanın baş naziri Nikol Paşinyan bu təklifə müsbət cavab verib.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Donald Trampın Azərbaycanı da “Qəzza Sülh Şurası”na dəvət etməsi istisna deyil. Hətta Davos İqtisadi Forumu çərçivəsində ABŞ prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında mümkün görüş zamanı bu dəvətin şəxsən çatdırıla biləcəyi ehtimal olunur.

Paylaşımda o da xatırladılıb ki, Azərbaycan Qəzzaya hərbi kontingent göndərməkdən imtina edib. Bununla belə, “Qəzza Sülh Şurası”na üzvlük Azərbaycan–ABŞ arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafına ciddi təkan verə bilər. Siyasi ekspert M. Əsədullazadənin fikrincə, Azərbaycan ABŞ prezidentinin bu təklifinə “yox” deməz.

Politoloq əlavə edib ki, ABŞ hazırda beynəlxalq oyun qaydalarını özü müəyyən etmək istiqamətində ardıcıl və məqsədyönlü siyasət aparır.

Aynur Camal

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu