10 C
Baku
13 Mart 2026, 15:05
Dünya

“Sülh və regional əməkdaşlıq: Ermənistanın 2026 proqnozu”

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2026-cı ildə Azərbaycanla hərbi gərginlik ehtimalının çox aşağı olduğunu açıqlayıb. Xidmətin hesabatında bildirilir ki, Ermənistanın Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrinin bərpası regionun rəqabət qabiliyyətini və beynəlxalq cəlbediciliyini artıracaq.

Hesabata görə, 2025-ci ildə aparılan intensiv danışıqlar nəticəsində Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş mətninin paraflanması hərbi qarşıdurma riskini əhəmiyyətli dərəcədə azaldıb, sülh yolu ilə həll imkanlarını isə genişləndirib.

Sənəddə 2026-cı ildə sərhədlərin delimitasiyası, ikitərəfli ticarət və iqtisadi təşəbbüslər, cəmiyyətlərarası dialoq, humanitar və digər sahələrdə irəliləyişin yüksək ehtimallı olduğu vurğulanır.

Bundan əlavə, regional nəqliyyat infrastrukturunun açılması istiqamətində proseslərin davam edəcəyi, Ermənistanın qonşuları ilə ikitərəfli bağlantı təşəbbüslərinin daha geniş regional iqtisadi layihələrə töhfə verəcəyi qeyd olunur.

Hesabatda Ermənistanın Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrinin yenidən qurulmasının insanların, malların və xidmətlərin daha sürətli və daha az xərclə daşınmasına imkan yaradacağı, bunun da regionun beynəlxalq cazibəsini artıracağı bildirilir.

Kars–Gümrü dəmir yolu xəttinin açılması və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsinin regional ticarətin genişlənməsi baxımından mühüm iqtisadi və logistika imkanları yaradacağı da vurğulanıb.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Sənətçilər Qəzzada sığınacaq məktəbinin divarlarını bəzəyirlər

Aynur Camal

Pəhrizsiz arıqlamağın iki sadə yolu açıqlanıb

Aynur Camal

CNN: ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarını yetərincə qiymətləndirməyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu