5 C
Baku
26 Yanvar 2026, 21:09
Baş xəbərSiyasət

Deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin Davos müsahibəsi barədə paylaşım etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində “Euronews” telekanalına verdiyi müsahibə ilə bağlı öz sosial media hesabında  paylaşım edib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin müsahibəsi müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın suveren mövqeyini, milli maraqlara əsaslanan strateji xəttini və qlobal miqyasda artan nüfuzunu bir daha açıq şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, dövlət başçısının “beynəlxalq hüquq normaları artıq hər kəs üçün mütləq görünmür” fikri bu gün dünya siyasətində hökm sürən reallıqları dəqiq ifadə edir.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan mürəkkəb beynəlxalq şəraitdə beynəlxalq hüquqa hörmət edən, eyni zamanda qərarlarını öz gücünə və potensialına əsaslanaraq verən müstəqil dövlətdir. Prezidentin vurğuladığı kimi, ölkəmiz siyasi, iqtisadi və təhlükəsizlik sahələrində tam müstəqil strateji qərarlar qəbul edən güclü aktora çevrilib.

Deputat Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasına dair səsləndirdiyi fikirlərin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu mükafat Azərbaycanın Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşıdurmadan əməkdaşlığa doğru inkişafı regionda davamlı sülhə hesablanmış dövlət siyasətinin nəticəsidir.

Paylaşımda Prezidentin “ölkə daxilində potensial risklər yoxdur” fikrinə də toxunulub.

Deputat bildirib ki, bu yanaşma Azərbaycanın daxili sabitlik, təhlükəsizlik və sosial rifah baxımından regionda lider mövqeyə malik olduğunu təsdiqləyir. Dövlət siyasəti milli həmrəyliyə, sosial ədalətə və uzunmüddətli sabitliyə əsaslanır.

Ceyhun Məmmədov enerji təhlükəsizliyi ilə bağlı səsləndirilən fikirlərin də strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu gün Azərbaycan qlobal enerji xəritəsində mühüm rol oynayır və artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. Bu fakt Azərbaycanın yalnız enerji təchizatçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısı olduğunu göstərir.

Deputat Avropa Parlamentinin qərəzli yanaşmaları ilə bağlı Prezident İlham Əliyevin mövqeyini Azərbaycanın milli maraqlara əsaslanan prinsipial və müstəqil diplomatiyasının bariz nümunəsi kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycan artıq xarici təzyiqlərə boyun əyməyən, öz yolunu özü müəyyən edən güclü dövlətdir.

Sonda Ceyhun Məmmədov bildirib ki, bu müsahibə Azərbaycanın beynəlxalq aləmdə suverenliyini qətiyyətlə qoruyan, regionda sülhün və sabitliyin təminatçısı, enerji təhlükəsizliyində etibarlı tərəfdaş olan dövlət imicini daha da möhkəmləndirir və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik siyasətinin uğurla davam etdirildiyini bir daha sübut edir.

Aynur Camal

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu