5 C
Baku
26 Yanvar 2026, 21:02
Dünya

İran prezidenti oğlundan internet qadağasının aradan qaldırılması çağırışı

Yusif Pezeshkian

Bildiyimiz kimi, İranda genişmiqyaslı anti-hökumət etirazları fonunda 8 yanvar tarixindən etibarən ölkə üzrə internet xidmətləri kəsilib. Və bu, 90 milyondan çox iranlını dünyadan izolyasiya edilməsi deməkdir. Bu blokada dövründə təhlükəsizlik qüvvələri tərəfindən etirazçılara qarşı istifadə edilən zorakılıqlar nəticəsində minlərlə insanın öldürüldüyü barədə hesabatlar var.

Yousef Pezeshkian, İran prezidentinin oğlu və eyni zamanda hökumət məsləhətçisi, internetin bərpası üçün çağırış edib. O, Telegram hesabında yazıb ki, internetin bağlanması yalnız hökumət ilə xalq arasındakı narazılığı artıracaq və mövcud problemləri daha da dərinləşdirəcək. Həmçinin Pezeshkian qeyd edib ki, qısa müddətdə internetin bərpası daha geniş ictimai məmnuniyyətə gətirib çıxara bilər, çünki məlumat azadlığının olmaması insanların hökumətə inamını azaldır.

Rəsmi Tehran hələ internetin yenidən açılacağı barədə heç bir dəqiq zaman verməyib, lakin internetin yayılması ilə əlaqədar yayıla biləcək görüntü və məlumatların hökumət tərəfindən narahatlıqla qarşılandığı bildirilir. Pezeshkian bu narahatlığa etiraz edərək, “təmiz əməlli olanın gizlədəcəyi heç nə yoxdur” deyə bir fars məsəlinə istinad edib.

“Bu çağırış, İran daxilində siyasi gərginliyin artdığı və etiraz dalğasının daha geniş ictimai dəstəklə müşayiət olunduğu bir vaxtda verilib. İnternetin bərpası məsələsi artıq yalnız texniki bir müzakirə olmamaqla, həm də siyasi və ictimai təsir baxımından kritik bir mövzuya çevrilib” – deyə mılumatda qeyd olunub.

Mənbə: TheGuardian

Aynur Camal

Oxşar xəbərlər

Pandalara vida: Minlərlə insan zooparka axışdı

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

BƏƏ-Küveyt münasibətlərində “Brothers Forever” bayramı elan olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu