7 C
Baku
28 Yanvar 2026, 17:27
Baş xəbərMədəniyyət

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Məktəbinin təsisçisi Fərid Bağırov, quruluşçu rejissoru isə Yaqut Bədəlova

Bugun.tv – xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan “Yarımçıq Qalmış” tamaşasının premyerası 2026-cı il 23 fevral tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim olunub. Tamaşanın müəllifləri Leyla Bəyim və Efim Abramovdur.

Şuşa Milli Musiqili Dram Teatrı
Layihənin rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov
"Yarımçıq Qalmış" tamaşası Şuşa Milli Musiqili Dram Teatrı
“Yarımçıq Qalmış” tamaşasının quruluşçu rejissoru Yaqut Bədəlova

Layihənin rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, quruluşçu rejissoru isə Yaqut Bədəlova olub.

Tamaşa ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edir. Onların yarımçıq qalmış arzularını, geridə qoyduqları duyğuları və əbədi xalq yaddaşına həkk olunmuş igidliklərini poetik dildə tamaşaçılara çatdırır. Şəhidlərin “o dünyadan bu dünyaya baxışları”, taleyin dayandırdığı anlar və yarımçıq qalmış hekayələrin davam etmək istəyən səsi simvolik və bədii üslubda təqdim olunur.

Azərbaycanın milli qəhrəmanlarına həsr olunmuş tamaşa
Şuşa Dövlət Musiqili Dram Teatrında “Yarımçıq Qalmış” tamaşası
"Yarımçıq Qalmış" tamaşası - Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycanın qəhrəmanlarına həsr olunmuş tamaşa
Azərbaycanın milli qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşası
Şuşa Dövlət Musiqili Dram Teatrı Azərbaycanın milli qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşası

Tamaşa sonrası layihənin rəhbəri Fərid Bağırov səhnəyə çıxaraq fikirlərini bölüşüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətindən danışaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb. Fərid Bağırov ümummilli lider Heydər Əliyevin “Biz Şuşaya, Ağdama, Cəbrayıla qayıdacağıq” sözlərini xatırladıb və bu gün Azərbaycanın güclü, müstəqil dövlət kimi mövqeyinin möhkəmliyini qeyd edib.

Daha sonra quruluşçu rejissor Yaqut Bədəlova tamaşanın gedişatına və qəhrəmanların həyat hekayələrinə yanaşmasına dair fikirlərini səsləndirib.

Tamaşanın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycanın milli qəhrəmanlarına həsr olunan tamaşa "Yarımçıq Qalmış "
“Yarımçıq Qalmış” tamaşası
Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın hərbi gəmi qrupu Orta Şərqə daxil oldu

Aynur Camal

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

Prezident “Bakı Karton və Qutu Fabriki” MMC müəssisəsinin açılışında iştirak etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu