10 C
Baku
29 Aprel 2026, 8:04
Baş xəbərSosial

Politoloq: “Azərbaycan əleyhinə kampaniyalarda türk xalqlarından istifadə olunur”

Bugun.Tv– xəbər verir ki, politoloq Aqil Məmmədov son günlər sosial şəbəkələrdə Azərbaycan əleyhinə yayılan paylaşımlar və artan kampaniyalarla bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.

Məmmədov öz sosial media hesabında paylaşdığı şərhdə bildirib ki, İran ətrafında regional gərginliyin artmasından istifadə edən bəzi xarici jurnalistlər və sosial media istifadəçiləri Azərbaycan əleyhinə konspirologiya xarakterli ittihamlar irəli sürürlər. Onun sözlərinə görə, bu paylaşımlara verilən reaksiyalar qısa müddətdə mübahisəyə çevrilir və bəzən milli kimlik səviyyəsində təhqirlərlə müşayiət olunur.

Politoloq qeyd edib ki, apardığı müşahidələr zamanı Azərbaycan əleyhinə paylaşımlar edən və onları dəstəkləyən hesabların əksəriyyətinin Tacikistan və Qırğızıstan sosial media istifadəçilərinə məxsus olduğu üzə çıxıb. Maraqlı məqamlardan biri isə bu şəxslərin böyük hissəsinin hazırda Şimal ölkələrində miqrant həyatı yaşamasıdır.

Aqil Məmmədov hesab edir ki, bu proseslər Türk Dövlətləri Təşkilatı (TDT) ideyasını zəiflətmək və cəmiyyətlər arasında bu ideyanın qəbul edilmədiyi görüntüsünü yaratmaq məqsədi daşıyır. Onun fikrincə, bəzi dairələr bu məqsədlə elə türk xalqlarının nümayəndələrindən istifadə edirlər.

Politoloq vurğulayıb ki, mövcud qlobal gərginlik fonunda TDT daha praktik addımlar atmalı, yumşaq güc alətləri vasitəsilə ideyanı cəmiyyətlərin gündəlik həyatına inteqrasiya etməlidir. O, eyni zamanda Azərbaycanın Qərb istiqamətində apardığı PR fəaliyyətləri ilə yanaşı, Mərkəzi Asiya ilə media və ictimai əlaqələri də gücləndirməsinin vacibliyini qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu