Texnologiya

Volkswagen batareya yanğını riski səbəbilə 44 minə yaxın avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı Volkswagen yüksək gərginlikli batareyaların həddindən artıq isinməsi nəticəsində yanğın riski yarandığı üçün 44 mindən çox avtomobili geri çağırdığını açıqlayıb. Qərar əsasən markanın elektriklə işləyən məşhur SUV modeli ID.4-ün 2023–2025-ci il istehsalı olan avtomobillərini əhatə edir.

ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatına görə, təxminən 43 881 ədəd ID.4 modeli proqram təminatının yenilənməsi və zəruri hallarda batareya dəyişdirilməsi üçün servislərə dəvət olunacaq. Xüsusilə 2023 və 2024-cü il istehsalı olan 680 avtomobildə batareya hüceyrə modullarında aşkar edilən uyğunlaşma xətalarının riski daha da artırdığı bildirilib.

Şirkət bu avtomobillərin sahiblərinə təmir prosesi başa çatana qədər bir sıra təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib. Belə ki, şarj tamamlandıqdan sonra avtomobilin açıq məkanda saxlanılması, qapalı yerlərdə gecəboyu şarj edilməməsi, DC sürətli şarj qurğularından istifadə olunmaması və batareya səviyyəsinin maksimum 80 faizlə məhdudlaşdırılması məsləhət görülür. Volkswagen bütün servis işlərinin ödənişsiz həyata keçiriləcəyini bildirib.

Şirkət müştəri təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayaraq, prosesin NHTSA ilə sıx əməkdaşlıq çərçivəsində aparıldığını açıqlayıb. Avtomobil sahiblərinə məlumatlandırma məktublarının mart ayından etibarən göndəriləcəyi qeyd olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Döyüş qərarlarını sürətləndirmək üçün Süni İntellektdən istifadə ediləcək

Aynur Camal

Alimlər kosmik uçuşlar üçün süni yuxu texnologiyasına yaxınlaşıblar

Aynur Camal

NASA’nın Webb teleskopu kainatda nadir exoplanet kəşf edib — limon formasında və qeyri‑adi atmosferli planet

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu