Image default
Dünya

İngiltərə Rusiyaya qarşı cavab addımı atdı: rus diplomat ölkədən çıxarıldı

Bugun.tv xəbər verir ki, İngiltərə Rusiyanın bir İngilis diplomatını ölkədən çıxarmasına cavab olaraq Londonda fəaliyyət göstərən bir rus diplomatın akreditasiyasını ləğv edərək onu ölkədən çıxarıb.

İngiltərə Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, Rusiyanın ötən ay İngilis diplomatını əsassız və haqsız şəkildə “persona non grata” elan etməsi qətiyyətlə pislənir.

Bununla əlaqədar Rusiyanın Londondakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi etiraz bildirilib.

Açıqlamada vurğulanıb ki, Rusiya Böyük Britaniyanın diplomatik missiyasının fəaliyyətinə mane olmağa çalışır və xüsusilə Ukraynaya göstərilən dəstəyi zəiflətmək məqsədi güdür. London isə bu cür addımların gərginliyi artıracağını və eyni səviyyədə cavab veriləcəyini bəyan edib.

Xatırladaq ki, ötən ay Rusiyanın Xarici İşlər Nazirliyi İngiltərənin Moskvadakı səfirliyində çalışan diplomat Qaret Samuel Devisin kəşfiyyat fəaliyyəti ilə əlaqəli olduğu iddiası ilə ölkədən çıxarılmasına qərar vermişdi. Bu addım Londonda diplomatik münasibətlərə zidd hesab olunmuş və qarşılıqlı tədbir görüləcəyi açıqlanmışdı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Fransa mətbuatı millinin məğlubiyyətini sərt tənqid etdi

Aynur Camal

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu