Dünya

Fransa Qrenlandiyada baş konsulluq açan ilk Aİ ölkəsi oldu

Fransa Qrenlandiyanın paytaxtı Nuuk şəhərində baş konsulluq açaraq adada rəsmi diplomatik nümayəndəlik yaradan ilk Avropa İttifaqı ölkəsi olub.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Jan-Noel Puarye bu gündən etibarən Nuukda Fransanın Baş Konsulu kimi fəaliyyətə başlayıb.

Bildirilib ki, bu addım Fransa Prezidenti Emmanuel Makronun 2025-ci ilin iyununda Qrenlandiyaya səfəri zamanı verdiyi vədlər çərçivəsində atılıb.

Nazirlik qeyd edib ki, konsulluq şəbəkəsinin genişləndirilməsi strategiyası çərçivəsində Fransa Qrenlandiyada baş konsulluq açan ilk Aİ ölkəsidir.

Fransa Xarici İşlər naziri Jan-Noel Barrotun tapşırığı ilə fəaliyyətə başlayan baş konsulun əsas vəzifələri arasında bölgədə yaşayan fransızlara xidmət göstərmək, Qrenlandiya ilə mədəni, elmi və iqtisadi əməkdaşlıq layihələrini inkişaf etdirmək və yerli hakimiyyət orqanları ilə siyasi əlaqələri gücləndirmək yer alır.

Fransa tərəfi, həmçinin Danimarka və Qrenlandiya ilə mövcud dostluq münasibətlərinin və ortaq layihələrin daha da genişləndirilməsinin hədəfləndiyini bildirib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu