Çin və dünyanın bir çox ölkəsində Çin Yeni ili münasibətilə geniş tədbirlər keçirilib.
Bu il Çin təqviminə əsasən At ili başlayıb. Bayram münasibətilə Pekin başda olmaqla müxtəlif şəhərlərdə küçələr bəzədilib, ənənəvi musiqilər səsləndirilib və böyük yürüşlər təşkil olunub.
Məlumata görə, tədbirlərdə minlərlə insan iştirak edib. Bayram mərasimlərində dualardan, fənər yürüşlərindən, əjdaha və şir rəqslərindən, həmçinin atəşfəşanlıq şoularından istifadə olunub. Maraqlı məqamlardan biri isə tədbirlərə humanoid robotların da cəlb edilməsi olub. Robotlar bəzi şou proqramlarda insanlarla birlikdə çıxış edərək diqqət çəkib.
Çin Yeni ili Çin xalqı üçün ən önəmli ənənəvi bayramlardan sayılır. Bu bayram yalnız Çində deyil, Asiyanın müxtəlif ölkələrində, Avropa və ABŞ-da yaşayan Çin icmaları tərəfindən də qeyd olunur. Bayram günlərində ailə görüşləri keçirilir, xüsusi yeməklər hazırlanır və insanlar bir-birinə hədiyyələr verir.
Mənbə: AP / Click2Houston
