7 C
Baku
17 Fevral 2026, 22:51
Baş xəbərSosial

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Şəki Qadın Akademiyası, S.S.W.W. Academy, Samirə Salamova müsahibə, qadın ruhunun səssizliyi, qadın enerjisi seminarı, Şəkidə qadın seminarı, cup-cake master-klass, sağlam həyat tərzi və emosional balans

Bugun.tv xəbər verir ki, Şəki Qadın Akademiyasında (S.S.W.W. ACADEMY) “Qadın ruhunun səssizliyinin gücü” mövzusunda seminar və eyni zamanda praktik yönümlü cup-cake master-klass təşkil olunub. Tədbirdə ümumilikdə 20 nəfər xanım iştirak edib.

Şəki Qadın Akademiyasının rəhbəri, dietoloq və nutroloq Samirə Salamova Bugun.tv-yə açıqlamasında bildirib ki, seminarın əsas məqsədi qadınların daxili dünyasını daha yaxşı tanıması, emosional tarazlığını qoruması və ruhsal gücünü kəşf etməsinə dəstək göstərməkdir.

Şəki Qadın Akademiyası, S.S.W.W. Academy, Samirə Salamova müsahibə, qadın ruhunun səssizliyi, qadın enerjisi seminarı, Şəkidə qadın seminarı, cup-cake master-klass, sağlam həyat tərzi və emosional balans
Şəki Qadın Akademiyasının rəhbəri Samirə Salamova: “Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Samirə Salamovanın sözlərinə görə, seminar çərçivəsində qadının daxili potensialı, özünə dəyər hissinin formalaşdırılması, emosional dayanıqlılığın möhkəmləndirilməsi və ruhsal səssizliyin həyat keyfiyyətinə təsiri geniş şəkildə müzakirə olunub.

“Qadın yalnız fiziki sağlamlıqla deyil, ruh və emosional tarazlıqla da bütöv bir sistemdir. Bu sistemin düzgün qurulması həm sosial münasibətlərə, həm də gündəlik həyatın keyfiyyətinə birbaşa təsir göstərir”, – deyə akademiya rəhbəri qeyd edib.

Seminarın birinci hissəsində qadın enerjisinin həm ruhsal, həm də fiziki tərəfləri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub. Daha sonra yaşam koçu Lalə Şıxıyeva çakralar, bədən enerjiləri və zehin-bədən əlaqəsinin vahid sistem kimi işləməsi mövzusunda çıxış edib.

Tədbirin davamında alternativ tibb mütəxəssisi Günay Mustafayeva hicama, hirudoterapiya və masajın insan orqanizminə müsbət təsirləri haqqında danışıb, alternativ tibbin sağlamlığa təsiri ilə bağlı ümumi məlumat verib.

Şəki Qadın Akademiyası, S.S.W.W. Academy, Samirə Salamova müsahibə, qadın ruhunun səssizliyi, qadın enerjisi seminarı, Şəkidə qadın seminarı, cup-cake master-klass, sağlam həyat tərzi və emosional balans
 “Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir” adlı seminardan

Samirə Salamova isə tədbirin sonunda xüsusi hazırlanmış cupcake-lərin kalori dəyəri və insan orqanizminə təsiri barədə geniş izahlar təqdim edib.

Seminarın praktik hissəsi kimi təşkil olunan cup-cake master-klass zamanı iştirakçılar müxtəlif dizayn və dadlarda cupcake nümunələri hazırlayıb. Bu proses həm yaradıcı yanaşmanın inkişafına, həm də psixoemosional rahatlama və ünsiyyət mühitinin formalaşmasına xidmət edib.

Şəki Qadın Akademiyası, S.S.W.W. Academy, Samirə Salamova müsahibə, qadın ruhunun səssizliyi, qadın enerjisi seminarı, Şəkidə qadın seminarı, cup-cake master-klass, sağlam həyat tərzi və emosional balans
Şəki Qadın Akademiyasının rəhbəri Samirə Salamova: “Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Qeyd edək ki, tədbirin əsas məqsədi qadınlarda daxili balansın qorunması, emosional və ruhsal vəziyyətə şüurlu yanaşmanın formalaşdırılması, sağlam və harmonik həyat tərzinin təşviqidir.

Tədbir yüksək təşkilati səviyyədə həyata keçirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şəki Qadın Akademiyası, S.S.W.W. Academy, Samirə Salamova müsahibə, qadın ruhunun səssizliyi, qadın enerjisi seminarı, Şəkidə qadın seminarı, cup-cake master-klass, sağlam həyat tərzi və emosional balans
“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir” adlı seminar
Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

🌙 Ramazan ayının başlanğıcı üçün hilal axtarışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu