5 C
Baku
18 Fevral 2026, 8:02
Baş xəbər

Deputat Ceyhun Məmmədov Ramazan ayının hikmət və fəzilətlərindən danışdı

Ramazan ayı, Ceyhun Məmmədov, oruc ibadəti, Ramazan fəzilətləri, İslamda oruc, Qurani-Kərim, dini ibadətlər, Milli Məclis deputatı

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayı və oruc ibadətinin hikməti ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, İslamın vacib ibadətlərindən biri olan orucun əsas məqsədi insanı mənəvi baxımdan saflaşdırmaq, mərhəmət, səbir və dözümlülük kimi dəyərləri gücləndirməkdir. Onun sözlərinə görə, oruc insanı günah əməllərdən çəkindirir və Qurani-Kərimdə bu ibadətin insanları təqvaya, yəni günahlardan uzaq olmağa yönəltdiyi qeyd olunur.

Ceyhun Məmmədov paylaşımında həmçinin vurğulayıb ki, oruc ibadəti yalnız İslamda deyil, digər dinlərdə də mövcud olub. O qeyd edib ki, Yəhudilik və Xristianlıqda da oruc ibadətinə dair nümunələr var və müqəddəs kitablarda peyğəmbərlərin oruc tutması ilə bağlı məlumatlar yer alır.

Deputat xatırladıb ki, Ramazan ayı digər aylardan iki əsas xüsusiyyəti ilə seçilir: Qurani-Kərim məhz bu ayda nazil olub və müsəlmanlara oruc tutmaq bu ayda vacib buyurulub. O əlavə edib ki, İslam alimləri orucun vacib edilməsini Allaha ibadət, nəfsin tərbiyəsi, səbrin möhkəmləndirilməsi və sosial həmrəylik kimi amillərlə əlaqələndirirlər.

Deputatın sözlərinə görə, oruc insanlarda ehtiyaclılara qarşı mərhəmət hissini artırır, imkanlı şəxslərin imkansız insanların yaşadığı çətinlikləri daha yaxşı anlamasına şərait yaradır. Eyni zamanda, Ramazan ayı insanın nemətlərə görə şükür etməsini və mənəvi zənginləşməsini təmin edən müqəddəs bir dövr kimi qiymətləndirilir.

Ceyhun Məmmədov qeyd edib ki, orucun sağlamlığa da müsbət təsirləri var və mütəxəssislər bu ibadətin orqanizmin dincəlməsi baxımından faydalı olduğunu bildirirlər.

Paylaşımının sonunda deputat bütün müsəlmanları Ramazan ayının fəzilətlərindən düzgün yararlanmağa çağıraraq, duaların və orucların qəbul olunmasını arzulayıb.

Ramazan ayı, Ceyhun Məmmədov, oruc ibadəti, Ramazan fəzilətləri, İslamda oruc, Qurani-Kərim, dini ibadətlər, Milli Məclis deputatı
Milli Məclisin deputatı Ceyhun Məmmədov
Aynur Camal

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu