Antarktida geoloji tarix, Türkiyə Antarktika ekspedisiyası, Bolqarıstan alimləri, At Nalı adası tədqiqatı, iqlim dəyişikliyi araşdırması, TÜBİTAK qütb tədqiqatları, maqmatik süxurlar, mis minerallaşması
Dünya

Alimlər Antarktidanın maqmatik tarixini xəritələşdirmək istəyir

Türkiyənin 10-cu Milli Antarktika Elm Ekspedisiyası çərçivəsində türk və bolqar alimlər Antarktidanın geoloji təkamülünü öyrənmək üçün birgə tədqiqatlara başlayıb. Araşdırmalar əsasən Qərbi Antarktidada yerləşən At Nalı adasında (Horseshoe Island) aparılır.

Ekspedisiyada iştirak edən geoloqlar Antarktidanın milyonlarla il ərzində mülayim iqlimə malik qurudan buzla örtülmüş qitəyə çevrilməsinin izlərini araşdırır. Layihə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi yanında fəaliyyət göstərən TÜBİTAK Mərmərə Tədqiqat Mərkəzi Qütb Tədqiqat İnstitutu tərəfindən koordinasiya olunur.

Ekspedisiya rəhbərinin müavini Göksu Uslular bildirib ki, araşdırmalar adanın maqmatik tarixinin xəritələşdirilməsinə yönəlib. Alimlərin fikrincə, bu məlumatlar Antarktidanın geoloji inkişafı və uzunmüddətli iqlim dəyişikliklərinin təsirlərini daha yaxşı anlamağa imkan verəcək.

Bolqarıstan Antarktika İnstitutunun dosenti Stoyan Georgiyev isə sahə işləri zamanı mis minerallaşması olan qabbro yataqlarının aşkarlandığını qeyd edib. Alimlər tapılan malaxit və azurit damarlarının qədim geoloji proseslərin izlərini daşıdığını vurğulayıblar.

Toplanan nümunələrin beynəlxalq laboratoriyalarda analiz edilərək Antarktidanın geoloji xronologiyasını daha dəqiq müəyyənləşdirəcəyi gözlənilir.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu