8 C
Baku
20 Fevral 2026, 7:49
Baş xəbər

Deputat Ceyhun Məmmədov: Səfərdə olan şəxslər oruc tutmaya bilərlər

Səfərdə oruc tutmaq, Ramazanda səfər hökmü, səfərdə oruc icazəsi, orucun qəzası qaydası, İslamda səfər məsafəsi, Ramazan fiqhi məsələləri, Ceyhun Məmmədov açıqlama, deputat dini mövzu paylaşımı

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında Ramazan ayında səfərdə oruc tutulması məsələsinə aydınlıq gətirib.

Deputat bildirib ki, İslam dininə görə səfərdə olan şəxslərə oruc tutmamaq icazəsi verilib.

O, Qurani-Kərimdən “əl-Bəqərə” surəsinin 184-cü ayəsini xatırladaraq qeyd edib ki, xəstə və ya səfərdə olan şəxslər tutmadıqları günlərin qəzasını sonradan yerinə yetirə bilərlər.

Ceyhun Məmmədov paylaşımında vurğulayıb ki, Məhəmməd Peyğəmbərin (s) hədislərində də səfər zamanı oruc tutmağın tövsiyə olunmadığı bildirilir. Onun sözlərinə görə, xüsusilə qədim dövrlərdə səfər şəraiti ağır olduğundan bu məsələ insanlara asanlıq məqsədi daşıyıb.

Deputat əlavə edib ki, müasir dövrdə nəqliyyat imkanları xeyli inkişaf edib və uzun məsafələr qısa müddətdə qət olunur. Buna görə də səfərdə oruc tutmamaq bir rüxsət (icazə) olsa da, oruc tutmaq istəyən şəxs üçün hər hansı qadağa yoxdur.

O, həmçinin qeyd edib ki, səfər məsafəsi ilə bağlı alimlər arasında fərqli yanaşmalar mövcuddur və müxtəlif fikirlərə görə bu məsafə 22, 45 və ya 90 kilometr kimi göstərilir.

Paylaşımının sonunda deputat Allahdan tutulan orucların və edilən duaların qəbul olunmasını diləyib.

Səfərdə oruc tutmaq, Ramazanda səfər hökmü, səfərdə oruc icazəsi, orucun qəzası qaydası, İslamda səfər məsafəsi, Ramazan fiqhi məsələləri, Ceyhun Məmmədov açıqlama, deputat dini mövzu paylaşımı
İslamda Səfər Məsafəsi
Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın qlobal sülh gündəliyində rolunu gücləndirir

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu