7 C
Baku
23 Fevral 2026, 16:57
Sosial Media

Sosial medianın müsbət və mənfi təsirləri

Ceyhun Məmmədov, sosial medianın təsiri, informasiya təhlükəsizliyi, media savadlılığı, gənclər və sosial şəbəkələr, milli-mənəvi dəyərlər, rəqəmsal mühit.

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial medianın cəmiyyətə təsiri ilə bağlı fikirlərini öz facebook hesabında bölüşüb.

Deputat bildirib ki, XXI əsr informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə xarakterizə olunur və rəqəmsallaşma ictimai münasibətlərin strukturunu dəyişib. Onun sözlərinə görə, sosial media artıq təkcə ünsiyyət vasitəsi deyil, ictimai rəyin formalaşdırılması və sosial davranış modellərinin istiqamətləndirilməsi mexanizminə çevrilib.

Ceyhun Məmmədov sosial medianın müsbət tərəflərinə də toxunaraq qeyd edib ki, informasiyaya çıxış imkanlarının genişlənməsi, vətəndaş fəallığının artması və gənclərlə birbaşa kommunikasiya müasir dövrün reallığıdır.

Deputat vurğulayıb ki, gənclərin olduğu platformalarda təmsil olunmaq onların düşüncələrini və problemlərini yaxından izləmək baxımından vacibdir. O, həmçinin UNESCO tərəfindən media və informasiya savadlılığının müasir inkişafın əsas komponentlərindən biri kimi qiymətləndirildiyini xatırladıb.

Bununla yanaşı, deputat sosial medianın mənfi təsirlərinə də diqqət çəkib. O qeyd edib ki, bəzi platformalarda maarifləndirici məzmun olmadan saatlarla canlı yayımların aparılması və bunun müqabilində qazanc əldə edilməsi gənclərdə zəhmətsiz gəlir psixologiyası formalaşdırır.

Bundan əlavə, onlayn mərc və qumar oyunlarının təşviqi, zərərli vərdişlərin və etik normalara zidd davranışların yayılması ciddi təhlükə yaradır.

Deputat beynəlxalq təcrübəyə də istinad edərək bildirib ki, bir sıra ölkələr sosial medianın tənzimlənməsi istiqamətində hüquqi və maarifləndirici mexanizmlər tətbiq edir. O, rəqəmsal mühitdə milli-mənəvi dəyərlərin qorunmasının, media savadlılığının artırılmasının və ailə nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Məmmədov hesab edir ki, sosial media düzgün istifadə olunduğu təqdirdə maarifləndirmə və sağlam informasiya mühitinin formalaşdırılması üçün mühüm alətə çevrilə bilər.

Ceyhun Məmmədov, sosial medianın təsiri, informasiya təhlükəsizliyi, media savadlılığı, gənclər və sosial şəbəkələr, milli-mənəvi dəyərlər, rəqəmsal mühit.
Millət vəkili Ceyhun Məmmədov
Aynur Camal

Oxşar xəbərlər

Videogeym sərgisi üçün tarix və təqdimat məlum oldu

Aynur Camal

Prezident İlham Əliyev jurnalist Nadejda İsmayılovanı “Şöhrət” ordeni ilə təltif edib

Aynur Camal

Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu