Dünya

Putinin nümayəndəsi Dmitriyev: Əmtəə və kənd təsərrüfatında şok yaşanacaq

Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev Hörmüz boğazında baş verən hadisələrin qlobal bazarlara ciddi təsir göstərəcəyini bildirib.

Həmçinin Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri olan Dmitriyev ABŞ mərkəzli X sosial media platformasındakı hesabında paylaşım edərək qeyd edib ki, qlobal kükürd, karbamid (üre), ammonyak və fosfat ticarətində Hörmüz boğazı kritik rol oynayır.

O vurğulayıb ki, gübrə və nəticə etibarilə kənd təsərrüfatı bazarları bu marşrutdan ciddi şəkildə asılıdır: “Yaxın dövrdə böyük əmtəə və kənd təsərrüfatı şokları yaşanacaq”.

Qeyd edək ki, Rusiya qlobal gübrə və müxtəlif kənd təsərrüfatı məhsullarının əsas istehsalçı və ixracatçı ölkələrindən biridir.

Xatırladaq ki, İsrail və ABŞ Tehran ilə Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq İsrail hədəfləri ilə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən edilmiş obyektlərə zərbələr endirib.

İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, bombardmanlar nəticəsində 555 nəfər həyatını itirib, 700-dən çox nəfər yaralanıb.

Regionda artan hərbi gərginlik enerji, gübrə və ərzaq bazarlarında qiymət dəyişkənliyini daha da gücləndirə bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə regiondakı münaqişə ilə bağlı diplomatik yollara çağırır

Aynur Camal

Saat dəyişimi bundan sonra olmayacaq

Aynur Camal

İran: Qonşu ölkələrin maraqlarına yox, ABŞ-ın obyekt və bazalarına zərbə endiririk

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu